İnfantino və Tramp arasında gizli telefon danışğı olub? - FİFA aydınlıq gətirdi

5 Avqust 2026 03:04 (UTC+04:00)

FIFA prezidenti Canni İnfantinonun ABŞ Prezidenti Donald Tramp və ya onun administrasiyası ilə telefon danışığı apardığı barədə yayılan məlumatlar təkzib edilib. SİA xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat verib.

Qurum Britaniyanın "The Times" qəzetində dərc olunan iddiaları "tamamilə uydurma" adlandırıb. FIFA bildirib ki, İnfantino son günlər ərzində nə Trampla, nə də onun administrasiyasının hər hansı üzvü ilə telefon danışığı aparıb. Federasiyanın açıqlamasında qeyd olunub ki, bu bəyanat mediada yayılan mümkün siyasi əlaqələr barədə spekulyasiyalara son qoymaq məqsədi daşıyır.

Mətləb