Danimarkanın “Orhus” klubunun baş məşqçisi Yakop Poulsen "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan əvvəl mətbuat konfransında mühüm fikirlər səsləndirib. Rəqib komandanın baş məşqçisi "Sabah"ı tərifləyib. SİTAT:
"Hazırlığımızı yaxşı keçirmişik və bizi nələrin gözlədiyini bilirik. "Sabah" yaxşı komandadır. Onlar yay fasiləsindən əvvəl çox uğurlu mövsüm keçirdilər. Rəqibimiz ölkə çempionluğunu, adətən Azərbaycanın ən güclü komandası kimi tanınan və həmin mövsümdə Çempionlar Liqasında çıxış edən "Qarabağ"ı qabaqlayaraq qazandılar. Buna görə də sabah güclü rəqiblə qarşılaşacağıq", - Poulsen bildirib.
Mətləb