Putin miqrantlara Rusiya vətəndaşlığı verilməsini QADAĞAN ETDİ!

4 Avqust 2026 23:03 (UTC+04:00)

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı və ya bu ölkədə yaşamaq hüququ verilməsi qadağan olunub. SİA xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Sərəncama əsasən, əcnəbi vətəndaşların hər hansı bir cinayətə görə götürülməmiş və ya ödənilməmiş məhkumluğu varsa, onların vətəndaşlığa qəbulundan, eləcə də yaşamaq və ya müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunacaq.

Qeyd olunub ki, qərar 180 gün sonra qüvvəyə minəcək.

Mətləb