Yasamalda evdən qadın meyiti tapılıb

4 Avqust 2026 23:31 (UTC+04:00)

Bakıda daha bir evdən meyit tapılıb. Hadisə Yasamal rayonu, Ə.Cəmil küçəsində qeydə alınıb.

Füzuli rayon sakini olan 45 yaşlı Nazilə Aslan qızı Ziyəddinovanın meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır.

Qeyd edək ki, bu gün Binəqədi rayonunda da evdən qadın meyiti tapılıb.

Mətləb