Qaxda və Qəbələdə 1222 nəfər tibbi müayinədən keçirilib

4 Avqust 2026 18:55 (UTC+04:00)

“PAŞA Holding” və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü, “ALL Medical” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Erkən müayinə can qurtarır!” aksiyası Qax rayonunun Kötüklü kəndində və Qəbələnin Topbağ kənd məktəbində uğurla icra olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aksiya çərçivəsində Qaxda 510, Qəbələdə 712 nəfər olmaqla, ümumilikdə 1222 nəfər tibbi müayinədən keçirilib.

Hər iki aksiyada aparılan müayinələr zamanı şəkərli diabet aşkarlanan 19, ümumilikdə isə 38 nəfər qanda qlükoza səviyyəsinin müntəzəm monitorinqi məqsədilə qlükometr (şəkərölçmə cihazı) ilə təmin edilib.

Bununla yanaşı, Qəbələdə həyata keçirilən aksiya çərçivəsində sosial dəstək məqsədilə 2 qazi ailəsinə də qlükometr təqdim olunub.