Sənəd qəbulu başlayır...

4 Avqust 2026 18:22 (UTC+04:00)

Nazirlər Kabinetinin 2026-cı il 17 iyul tarixli qərarının icrası ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi elan edilir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Elm və Təhsil Nazirliyindən bildirilib ki, müsabiqənin əsas məqsədi 2026/2027-ci tədris ilində məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsidir.

Müsabiqədə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil fəaliyyətinə lisenziya verilmiş özəl təhsil müəssisələri iddiaçı qismində iştirak etmək hüququna malikdirlər.

Özəl məktəbəqədər təhsil müəssisələrinin sənəd qəbulu avqustun 5-dən başlayaraq 20-dək davam edəcək. Sənədləri bu ünvana göndərmək lazımdır.

Müsabiqənin keçirilmə qaydası, iştirak üçün tələb edilən sənədlər, müsabiqəyə təqdim olunacaq layihə təkliflərinə dair tələblər, layihə təkliflərinin qiymətləndirilməsi, müsabiqə qaliblərinin seçilməsi meyarları barədə məlumatları əks etdirən şərtlər toplusu ilə linkdə tanış olmaq mümkündür.

Qeyd edək ki, müsabiqə çərçivəsində 2026/2027-ci tədris ili ərzində özəl məktəbəqədər təhsil müəssisələrində 8000 təhsilalanın maliyyələşdirilməsi nəzərdə tutulur.