Kamran Əliyev Nəsimi rayonunda vətəndaş qəbulu keçirib

4 Avqust 2026 16:00 (UTC+04:00)

Baş prokuror Kamran Əliyev Bakı şəhəri Nəsimi rayon prokurorluğunun inzibati binasında vətəndaşları qəbul edib.

Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Qeyd edilib ki, qəbulda iştirak edən 40 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.