Polkovnik Mehman Hacıyev son mənzilə yola salınıb

4 Avqust 2026 14:52 (UTC+04:00)

DSX-nin təqaüddə olan polkovniki, Aprel döyüşlərinin iştirakçısı və Repressiya Muzeyinin rəisi Mehman Həbib oğlu Hacıyevin dəfn mərasimi keçirilib.

SİA xəbər verir ki, mərhumla əvvəlcə Bakı şəhərində yerləşən “Sərhədçi” MTK-da vida mərasimi təşkil olunub. Daha sonra Mehman Hacıyev doğmalarının, yaxınlarının, döyüş yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Zabrat Şahtaxtı qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, DSX-nin təqaüddə olan polkovniki, Aprel döyüşlərinin iştirakçısı və Repressiya Muzeyinin rəisi Mehman Həbib oğlu Hacıyev 52 yaşında ürəktutmasından qəfil vəfat edib. O, yazıçı və jurnalist Sabir Şahtaxtının kiçik qardaşı idi.