Filippinli tennisçi Eala ilk "WTA" titulunu qazanıb

4 Avqust 2026 12:32 (UTC+04:00)

Filippinli tennisçi Aleksandra Eala tarixində ilk dəfə "WTA" səviyyəli turnirin qalibi olub. 21 yaşlı idmançı ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən “Mubadala DC Open” turnirinin finalında dünya üçüncüsü, turnirin əsas favoritlərindən olan Cessika Pequlanı məğlub edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yağış səbəbindən iki gün davam edən final qarşılaşmasında Eala 4:6, 6:4, 6:0 hesabı ilə qalib gəlib. Qarşılaşmanın ilk setini Peqəula qazansa da, Eala sonrakı setlərdə üstün oyun nümayiş etdirərək ardıcıl 10 oyunun 8-də qalib gəlib.

Filippinli tennisçi güclü v aqressiv oyun tərzi ilə rəqibinə ciddi təzyiq göstərib. Bu qələbə Ealanı Filippindən "WTA Tour" səviyyəsində təklər üzrə titul qazanan ilk tennisçi edib.

“Bu qələbə mənim üçün böyük əhəmiyyət daşıyır. Bu, titul uğrunda ilk şansım idi və bilirəm ki, sonuncu olmayacaq. Artıq karyeram üçün mühüm bir nailiyyət əldə etmişəm”, – Eala kuboku qazandıqdan sonra bildirib.

Finalda məğlub olan Peqəula isə gənc rəqibinin son illərdəki inkişafını yüksək qiymətləndirib və onun dünyanın müxtəlif ölkələrində böyük azarkeş dəstəyi qazandığını vurğulayıb.

Fritz Vaşinqtonda kişi tennisçilər arasında qalib oldu

Turnirin kişilər arasında finalında ABŞ təmsilçisi Teylor Fritz İspaniyanın 19 yaşlı tennisçisi Rafael Xodarı 7:6 (7:2), 6:4 hesabı ilə məğlub edib.

Bu qələbə 28 yaşlı Fritz üçün karyerasında 11-ci "ATP" titulu olub. O, eyni zamanda 2026-cı ildə ilk dəfə turnirin qalibi adını qazanıb.

Dizindən aldığı zədə səbəbindən mövsümün əvvəlində bir müddət kortlardan uzaq qalan Fritz Vaşinqtonda əvvəlki formasına qayıtdığını nümayiş etdirib. Amerikalı tennisçi finalda ilk servisdən qazandığı xalların 81 faizində üstünlük əldə edib.

“DC Open” turnirinin başa çatması ilə tennisçilər ABŞ Açıq Çempionatına hazırlıq çərçivəsində Şimali Amerikada sərt örtüklü kortlarda keçiriləcək növbəti yarışlara yollanacaqlar.