Gələn həftədən universitetlərə ixtisas seçimi başlayır

4 Avqust 2026 12:32 (UTC+04:00)

Ali təhsil müəssisələrinə avqustun 12-dən ixtisas seçimi başlayır.

SİA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12–19-da aparılacaq.