Telegram Rusiyada və digər ölkələrdə App Store-dan yoxa çıxdı

4 Avqust 2026 10:12 (UTC+04:00)

iPhone üçün Telegram tətbiqi Rusiyada və bir sıra digər ölkələrdə App Store-dan yoxa çıxıb. Messengeri tapmaq cəhdləri üçün Apple Store istifadəçilərə digər kommunikasiya proqramları və sosial şəbəkələr təklif edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ASTRA Telegram kanalı məlumat verib .

Nəşrin qeyd etdiyi kimi, hazırda App Store-da yalnız Mac kompüterləri üçün Telegram versiyası mövcuddur.

ASTRA oxucuları həmçinin bildirirlər ki, tətbiq yalnız mağazanın Rusiya seqmentindən deyil, həm də digər bölgələrdən yoxa çıxıb. İstifadəçilərdən birinin sözlərinə görə, o, ABŞ, Rusiya, Avstraliya, Ukrayna, Almaniya və Polşa mağazalarında Telegram-ın mövcudluğunu yoxlayıb, lakin tətbiq orada göstərilməyib. Əvvəlcə Türkiyə bölgəsində mövcud idi, lakin sonradan orada da yoxa çıxıb.

Nəşr edildiyi zaman nə Apple, nə də Telegram rəsmi olaraq vəziyyətlə bağlı şərh verməmişdi. Tətbiqin App Store-dan yoxa çıxmasının səbəbləri hazırda məlum deyil.

Xatırladaq ki, Apple şirkəti Rusiyanın VK holdinq şirkətinin əsas xidmətlərinin əhəmiyyətli bir hissəsini , o cümlədən Odnoklassniki, Zen, Mail.ru və Max messencerini xəbərdarlıq etmədən App Store-dan silib.