"Bizdən sonra ətraf mühitə atdığımız tullantılar hələ çox yaşayacaq. Onlarla gələcək nəsillər mübarizə aparacaq. Biz indidən düşünməliyik ki, uşaqlarımız, gələcək nəsillərimiz üçün ətraf mühiti, talaları, meşələri, dənizlərin, çayların sahillərini plastik paketlərsiz, plastik butulkalarsız təmiz bir şəkildə miras qoyaq" .
Bu sözləri SİA-ya açıqlamasında ekoloq Sevil Yüzbaşeva deyib.
.jpg)
Onun sözlərinə görə, plastik paketlərdə olan zibillərin çürüməsi üçün ən azı 50 il zaman tələb olunur. İlk plastik paketlər 1957-ci ildə istehsal edilib. Yəqin ki, planetimizdə olan zibilxanalarda, o zamanlar atılan və hələ də indiyə qədər çürüməyən, plastik paketlərdə olan zibilləri tapmaq olar:
"Azərbaycanda isə hər il yaranan minlərlə ton plastik tullantının sonrakı taleyi heç ürəkaçan deyil. Bu əsasən coğrafi yerləşmədən asılı olaraq Bakı və regionlarda fərqlidir. Bakının mərkəzi hissəsindən toplanan məişət tullantıları əsasən Balaxanı məişət tullantıları zavoduna daşınır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən toplanan tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna daşınır və burada plastik materiallar digər zibillərdən ayrılır. Zavoda tullantılar, toplanma üsulundan asılı olaraq çeşidlənmə, təkrar emal, yandırılma və ya birbaşa poliqonlara basdırılma ilə nəticələnir. Mən bu zavodun fəaliyyəti ilə maraqlanmışam. Zavodun İllik emal gücü 200 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı təşkil edir. Zavod rəsmlərinin verdiyi məlumata görə tullantı hədlərinin monitorinqi gündəlik aparılır, zavod ətraf mühitin idarə edilməsi üzrə ISO 14001 standartlarına tam cavab verir. İllik 100 min tona yaxın karbon dioksin-CO2 qazı ekvivalentində istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısının alınır. Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Balaxanı məişət tullantıları zavodu dördüncü nəsil 4G texnologiyasının tətbiqi ilə qurulan zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Yanma zamanı əmələ gələn tüstü külü xüsusi süzgəclərlə tutulur. Daha ağır və zərərsiz olan dib külündən isə yol tikintisində istifadə edilir. Dördüncü nəsil 4G texnologiyasının tətbiqi ilə qurulan zavod Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. Yanma zamanı əmələ gələn tüstü külü, xüsusi süzgəclərlə tutulur. Daha ağır və zərərsiz olan dib külündən isə yol tikintisində istifadə edilir. Plastik rullantıların yandırıldıqdan sonra qalan dib külü, yol salınan zaman asfalt örtüyünün altında istifadə edilir. Zavodda tullantıların yandırılmasa nəticəsində Bərpa Olan Enerji Mənbəyi alınır. İstismar zamanı tullantıların həcmi 10 dəfə, kütləsi isə 3 dəfədən çox azalır. Tullantıların yandırılması prosesi nəticəsində bərpa olan enerjinin miqdarı ildə 231,5 milyon kilovat/saatdır. Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət edilir. Əldə edilən elektrik enerjisi zavod rəsmisinin dediyinə görə Gəncə kimi bir şəhəri tam elektrik enerjisi ilə ödəyə bilər.
Zavodun fəaliyyəti nəticəsində illik 60 milyon kubmetrdən artıq təbii qaz həcmində enerjiyə qənaət edilir. Əldə edilən elektrik enerjisi zavod rəsmisinin dediyinə görə Gəncə kimi bir şəhəri tam elektrik enerjisi ilə ödəyə bilər. Balaxanı Bakı bərk məişət tullantılarının yandırılması zavodu layihəsi Bakının və Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılması xidmət edir. Zavodda 37 meqavat gücündə elektrik stansiyası da fəaliyyət göstərir. Alınan enerjinin 15% istehsal müəssisənin fəaliyyəti üçün sərf olunur, qalan enerji isə şəhər şəbəkəsinə verilir. Bu layihə ətraf mühitə münasibətdə əvəzolunmazdır. Buna baxmayaraq bu layihə Bakı şəhərinin mərkəzinin tullantılarının emalı ilə məşğuldur. Bütün ölkəmizin ərazisində isə tullantı problemi olduqca ciddi olaraq qalır və ildən ilə hətda idarə olunmaz dərəcədə böyüyr .
Ekoloji problemlərin həll edilməsi üçün biz insanların, ölkə vətəndaçlarının tullantıların idarə olunması prosesində aktiv surətdə iştirakı vacibdir. Regionlarda yaranan minlərlə ton plastik tullantının böyük hissəsi çeşidlənmədən yerli kommunal xidmətlər tərəfindən rayon poliqonlarına və ya qeyri-mütəşəkkil zibilxanalara daşınır. Bəzi bölgələrimiz var ki, bu tullantıların əlindən bu yaşayış məskənlərinin ərazisində gəzmək mümkün deyil. Hər yerdə çayların, arxların, kanalların kənarı məişət tullantılarının qalaqlanaraq yığıldığını görmək olar. Ümumiyyətlə toplama infrastrukturunun, paliqonların olmadığı kənd və qəsəbələrdə bu plastiklər çaylara, torpağa və meşə massivlərinə qarışaraq yüz illərlə parçalanmadan qalır və ekoloji çirklənmə yaradır.
Ümumiyyətlə qlobal plastik tullantılarının yalnız 9%-i təkrar emal edilir, 22%-i isə birbaşa ətraf mühitə (təbiətə, çaylara və okeanlara) atılır və ya nəzarətsiz poliqonlarda açıq şəkildə yandırılır. Qalan hissənin təxminən 50%-i sanitariya normalarına uyğun zibilliklərə basdırılır, 19%-i isə xüsusi zavodlarda yandırılaraq məhv edilir.
Hər il dünyada 400 milyon tondan çox plastik tullantı yaranır və mövcud idarəetmə sistemləri bu kütlənin qarşısında aciz qalır.
Amma plastik paketləri bioloji çürüdən möcüzəli maddə var. İstehsal prosesində bioloji çürümə getməsi üçün xammalın tərkibinə çox az miqdarda təqribən 1% xüsusi maddə, qatqı əlavə edilir. Plastik paketlərin xidmət vaxtı başa çatdıqdan sonra bu qatqının təsiri ilə çürümə prosesi getməyə başlayır. Bu çürümə prosesi iki mərhələdə gedir: birinci mərhələdə plastik paketin səthi yumşalaraq, kövrəkləşir hissələrə parçalanır. İkinci mərhələdə isə mikroorqanizmlərin köməyi ilə hissələrə ayrılan plastik paketlər xırda hissəciklərə parçalanır, ondan karbon qazı, su və biokütlə qalır. Biopolietilenin parçalanması üçün hər hansı bir xüsusi şəraitin yaradılması lazım deyil, bunun üçün hava, işıq və nəm mühitin olması kifayət edir. Beləki, zibilliyə və yaxud da dəniz və çay sahilinə atılmış plastik paketlərdə iki - üç ildən sonra çürümə getməyə başlayacaqdır. Tullantıların zərərsizləşdirilməsi poliqonuna gətirilən zibillərin, orada uzun müddət qalmayacağı və bir neçə ildən sonra çürüyərək, yaşadığımız şəhərin ekologiyasına zərər vurmayacağı barədə ən azı düşünmək belə insanda xoş təəssürat yaradır. İnsanların ətraf mühitə ziyan vurmayan, ekoloji təhlükəsiz paketlərdən istifadə etmək imkanı vardır. Bu sahədə sadəcə olaraq, fəaliyyətləri artırmaq və bu texnalogiyanın təcili tətbiqinə başlamaq lazımdır. Bu paketlərdən istifadə etməklə biz, ətraf mühitin, indiki və gələcək nəsillərin qayğısına qalmış olarıq. Ekoloji problemlər o zaman həllini tapar ki, bu işə hər kəs oz töhfəsini versin.