Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

4 Avqust 2026 09:13 (UTC+04:00)

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

SİA Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.