Ukrayna PUA-ları Qara dənizdə Türkiyə gəmisinə zərbə endirib

4 Avqust 2026 09:06 (UTC+04:00)

Qara dənizdə Türkiyəyə məxsus “Nadejda” yük gəmisi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə Novorossiysk şəhərindən təxminən 30 mil məsafədə baş verib. Hücum nəticəsində 4 dənizçi yaralanıb. Onlardan 3-nün Türkiyə vətəndaşı olduğu bildirilir.

Məlumata görə, gəmiyə hücum zamanı 6-7 Ukrayna PUA-sından istifadə olunub. Zərbələr nəticəsində gəmidə yanğın baş verib.

Kamerun bayrağı altında üzən “Nadejda” Türkiyənin Samsun limanından Novorossiyskə tərəvəz və meyvə daşıyırmış.

Gəmi "Nadezhda Roro Inc" şirkətinə məxsusdur. Şirkətin əməliyyat və texniki meneceri isə Türkiyənin "Kalyoncu Ro Ro Denizcilik" şirkətidir.