Gəncədə təcili yardım avtomobili qəzaya düşüb. Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, təcili tibbi yardım avtomobili VAZ- 2106 markalı maşınla toqquşub.
Qəza zamanı təcili yardım avtomobilində olan xəstə üçün əlavə avtomobil gətirilib və xəstəxanalardan birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Mətləb