"Turan Tovuz" Türkiyə klubunu darmadağın edib

4 Avqust 2026 00:03 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz" yoxlama matçında "Gənclərbirliyi" komandası ilə qarşılaşıb. SİA xəbər verir ki, Tovuz təmsilçisi rəqibini 4-0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Turan Tovuz" Ankaradakı hazırlıq çərçivəsində İranın U-21 yığması və Türkiyənin I Liqa təmsilçisi "Fatih Karagümrük"lə üz-üzə gəlib. Hər iki oyun 1:1 hesabı ilə başa çatıb. "Iğdır"la baş tutan matçda isə 1:0 hesabı ilə qələbə qazanıb.

Mətləb