Bakı şəhərinin Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində, ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 15 kilometr aralıda yerləşən nəzarətsiz dəniz sahəsində bir nəfər batıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirililib ki, məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilərək axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.
Hazırda 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal olunan istiqamətlərdə axtarışlar davam etdirilir. Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Mətləb