“Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub

3 Avqust 2026 17:59 (UTC+04:00)

"Neftçi" basketbol komandasına yeni baş məşqçi təyin olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, klubdan verilən məlumata görə, Konstantinos Vasiliadis ilə ilkin olaraq 2026-2027-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb. Mövsümün sonunda isə sözləşmənin müddəti yenidən dəyərləndiriləcək.

Yunanıstanlı mütəxəssis son olaraq İspaniyanın "Lusentum Alikante" klubunu (2025-2026) çalışdırıb.

Qeyd edək ki, Konstantinos Vasiliadis zəngin basketbolçu karyerası ilə tanınır. 42 yaşlı mütəxəssis vaxtilə "Olimpiakos", PAOK, "Unikaxa Malaqa", "Anadolu Efes" və "Bilbao Basket" kimi Avropanın önəmli klublarında çıxış edib.