2026/2027-ci tədris ili üzrə doktoranturaya qəbul zamanı xarici dil imtahanından azad olunmaq üçün beynəlxalq dil sertifikatları təqdim edən namizədlərin arayışları Dövlət İmtahan Mərkəzinin (DİM) “Elektron xidmətlər” bölməsində yerləşdirilib.
Mərkəzdən SİA-ya bildirilib ki, bu il doktoranturaya qəbul prosesində namizədlər tərəfindən imtahan nəticələrinin keçid balına ekvivalentliyinin müəyyən edilməsi məqsədilə DİM-ə ümumilikdə 176 beynəlxalq xarici dil sertifikatı təqdim olunub. Onlardan 164-ü müvafiq qaydada verifikasiya edilərək təsdiq edilib.
Qeyd olunub ki, doktoranturaya qəbul üzrə xarici dil imtahanında iştirak etmiş namizədlərin nəticələrinə dair arayışlar da yaxın günlərdə DİM-in “Elektron xidmətlər” bölməsində yerləşdiriləcək.