Azərbaycanın voleybol millisi Latviya və Belarus ilə yoxlama matçları keçirəcək

3 Avqust 2026 14:36 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın son mərhələsini Bakıda keçir.

Azərbaycan Voleybol Federasiyasından SİA-ya verilən məlumata görə, yığmanın Bakıdakı təlim-məşq toplanışında Latviya və Belarus seçmələri ilə yoxlama oyunları keçirməsi də planlaşdırılır.

Qeyd edək ki, 2026-cı il Avropa çempionatının C qrupunun oyunları Bakıda təşkil olunacaq. Azərbaycan millisi qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Oyunlar avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında keçiriləcək.