ABŞ və İran arasında yeni danışıqlar başlayıb

3 Avqust 2026 13:27 (UTC+04:00)

Donald Tramp ABŞ-İran danışıqlarının yeni mərhələsini elan edib. SİA-nın xəbərinə görə, Ağ Ev rəhbəri bildirib ki, potensial razılaşma Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı nizamlamanı əhatə edə bilər.

ABŞ prezidenti Donald Tramp İranla yeni danışıqlar mərhələsinin başladığını elan edib. Onun sözlərinə görə, görüşlər avqustun 3-də başlamalıdır. Tramp təyyarəsində jurnalistlərə bildirib. Ağ Ev onun açıqlamasının videosunu yayımlayıb. "Biz onlarla danışıqlar aparırıq. Onlar sabah günortadan sonra (3 avqust - red.) başlayacaqlar. Bu, çox insanın həyatını xilas edəcək", - deyə ABŞ prezidenti bildirib.

Trampın sözlərinə görə, ABŞ müttəfiqləri İranla razılaşmanın artıq yaxınlaşdığına inanırlar. O qeyd edib ki, potensial razılaşma Hörmüz boğazı və İranın nüvə proqramı ilə bağlı nizamlamanı da əhatə edə bilər.

Amerika lideri həmçinin bildirib ki, Tehran nümayəndələri, eləcə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderləri ondan İrana zərbələri dayandırmağı xahiş ediblər. Tramp deyib: "Mən razılaşmaq istərdim. İnsanları öldürməyi xoşlamıram".

Daha əvvəl ABŞ prezidenti xəbərdarlıq etmişdi ki, lazım gələrsə, Vaşinqton İrana qarşı daha çox zərbə endirə bilər.