Bakıda çalışdıqları marketdən elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

3 Avqust 2026 13:21 (UTC+04:00)

Bakının Nizami rayonunda çalışdıqları marketdən elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə sözügedən marketdən 6612 manat dəyərində elektrik naqili oğurlamaqda şübhəli bilinən 47 yaşlı C.Hüseynzadə, 33 yaşlı E.Hüseynov və həmyaşıdı Ə.Mammedov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla həmin şəxslərin bir müddət əvvəl marketin anbarında çalışdıqları və oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqları məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.