Bu gün Bakının Xətai rayonunun bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 11:30-dan etibarən Xətai rayonunun M. Hadi, X. Məmmədov, K. Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
Qazın verilməsi yaxın saatlarda bərpa olunacaq.