Azərbaycanı Avropa Kubokunda 13 cüdoçu təmsil edəcək

3 Avqust 2026 12:45 (UTC+04:00)

Avqustun 8-9-da Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə gənclər arasında Avropa Kuboku keçiriləcək.

Cüdo Federasiyasından SİA-ya verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışda ölkəmiz 6 çəki dərəcəsində 13 idmançı ilə təmsil olunacaq.

Qızların yarışında Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva (hamısı 48 kiloqram), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kiloqram), Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova (hamısı 57 kiloqram) və Nilgün Rzayeva (63 kiloqram) mübarizə aparacaqlar.

Oğlanlar arasında isə Kənan Hüseynov (73 kiloqram), Davud Namazlı, Canpolad Əliyev və Vidad Əliyev (hamısı 100 kiloqram) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, 2 gün davam edəcək turnirdə 34 ölkədən ümumilikdə 346 idmançı (229 oğlan, 117 qız) qüvvəsini sınayacaq.