Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 11 806 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə SİA-ya Fonddan məlumat verilib.
Məlumata görə, müraciətlərin 4 566-sı ünvanlı dövlət sosial yardımı, 2 313-ü pensiya təyinatı, 2 920-si sosial müavinət və təqaüd, 207-si sosial sığorta və fərdi uçot, 1 800-ü isə digər istiqamətlər üzrə olub.