AFFA Hakimlər Komitəsinin iclasında 2026/2027 mövsümü üçün hakim siyahıları təsdiqlənib

3 Avqust 2026 10:50 (UTC+04:00)

AFFA Hakimlər Komitəsinin iclası keçirilib.

SİA quruma istinadən xəbər verir ki, İclasda 2026/2027-ci illər mövsümünə hazırlıq çərçivəsində bir sıra mühüm məsələlər ətrafında geniş müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Tədbirin gündəliyinə aşağıdakı əsas məsələlər daxil edilib:

- Hakimlərin kateqoriyalar üzrə yekun siyahısının təqdimatı və təsdiqi;

- AFFA, UEFA və IFAB-ın yeni təlimat, qayda dəyişiklikləri və tövsiyələrinin diqqətə çatdırılması;

- Yeni mövsüm üzrə əsas hədəflərin, gözləntilərin və idarəçilikdə keyfiyyət standartlarının müəyyənləşdirilməsi.

Müzakirələrin yekununda 2026/2027-ci illər mövsümü üçün hakim və hakim-inspektor siyahıları rəsmi olaraq təsdiqlənib.

Elit kateqoriyalı hakimlər:

1 Əliyar Ağayev (FIFA)
2 Elçin Məsiyev (FIFA)
3 Kamal Umudlu (FIFA)
4 İnqilab Məmmədov
5 Rəvan Həmzəzadə
6 Fərid Hacıyev
7 Tural Qurbanov (FIFA)
8 Rəşad Əhmədov
9 Cavid Cəlilov
10 Nicat İsmayıllı
11 Rauf Cabarov
12 Əli Əliyev
13 Elvin Bayramov
14 Kamranbəy Rəhimov
15 Vüqar Həsənli (yeni)

Elit kateqoriyalı köməkçi hakimlər:

1 Zeynal Zeynalov (FIFA)
2 Akif Əmirəli (FIFA)
3 Elşad Abdullayev (FIFA)
4 Pərvin Talıbov (FIFA)
5 Namik Hüseynov (FIFA)
6 Vüsal Məmmədov (FIFA)
7 Kamran Bayramov
8 Müslüm Əliyev
9 Rahil Ramazanov
10 Rəhman İmami
11 Cəmil Quliyev (FIFA)
12 Eyyub İbrahimov
13 Şirmamed Mamedov
14 Zöhrab Abbasov
15 Teymur Teymurov
16 Asiman Əzizli (FIFA)
17 Kərim Zeynalov
18 Tərlan Talıbzadə
19 Gülnurə Əkbərzadə (FIFA)