HDQ-də buraxılış mərasimi keçirilib

3 Avqust 2026 10:49 (UTC+04:00)

Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində "Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov kursun əhəmiyyətini diqqətə çatdırıb, iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb.

Çıxış edənlər partlayıcı maddələrin, döyüş sursatlarının və mərmilərin insan həyatı üçün təhlükəsindən danışıb, eləcə də təhlükəli maddələrə toxunmamaq və dərhal zərərsizləşdirmə qrupuna məlumat vermək tövsiyə olunub.

Sonda kursu uğurla başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.