Rusiyalı tanınmış məşqçi Leonid Slutski "Şanxay Şenxua"nın baş məşqçisi vəzifəsindən ayrılıb. SİA xəbər verir ki, 55 yaşlı mütəxəssis bu barədə Çin çempionatının 21-ci turunda "Lyaonin Tieren"ə 1:3 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransında açıqlama verib.
Klubun yaydığı rəsmi bəyanatda bildirilib ki, komandanın bu mövsüm göstərdiyi nəticələr gözləntiləri doğrultmadığı üçün məşqçilər korpusunda dəyişiklik edilməsi qərara alınıb.
Mətləb