Samsunda avtobus qəzası - 21 yaralı var

3 Avqust 2026 00:23 (UTC+04:00)

Türkiyənin şimalındakı Samsun vilayətində sərnişin avtobusu qəzaya uğrayıb. "Haber Global"ın məlumatında deyilir ki, hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

İdarəetmədən çıxan avtobus yol kənarına aşıb. Nəticədə 21 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanların vəziyyəti barədə məlumat paylaşılmayıb. Faktla bağlı araşdırma aparılır.

Mətləb