Serbiyanın Baş naziri Curo Matsut isti hava və su elektrik stansiyalarında istehsalın azalmasına görə vətəndaşları yaxın günlərdə elektrik enerjisini qənaətlə xərcləməyə çağırıb. Bu barədə Serbiya hökumətinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Matsutun sözlərinə görə, Dunayda suyun səviyyəsinin son dərəcə aşağı olması və elektrik enerjisi istehlakının artmasına səbəb olan ekstremal istilər səbəbindən enerji sektorunda vəziyyət ciddi olaraq qalır. O qeyd edib ki, qənaətcil istehlak ölkənin enerji sisteminin sabitliyini qorumağa kömək edəcək.
Baş nazir həmçinin bildirib ki, avqustun 3-də Fövqəladə Hallar üzrə Milli Qərargahın təcili iclası keçiriləcək.
Mətləb