Pakistanda qanlı TERROR - 7 ölü, 18 yaralı var...

2 Avqust 2026 22:03 (UTC+04:00)

Pakistanda yenə qanıı terror aktı törədilib. Belə ki, ölkənin şimal-qərbindəki Xayber Paxtunxva əyalətində polis bölməsinin yaxınlığında kamikadzenin partlayış törətməsi nəticəsində ən azı 7 nəfər ölüb, 18 nəfər yaralanıb. Bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Svat rayon polis rəisi Ömər Xanın sözlərinə görə, terrorçu binanın girişində polis əməkdaşları onun üzərində axtarış aparmaq istəyən zaman partlayıcı qurğunu işə salıb.

Təhlükəsizlik qüvvələri hadisə yerini mühasirəyə alıb və istintaq qrupları işləyir. Yaralılar xəstəxanaya çatdırılıb.

Mətləb