...Krımda sakinlər uzun müddət davam edən elektrik kəsintiləri səbəbindən yemək bişirmək üçün alternativ yollar axtarmağa məcburdurlar.
Yarımadanın müxtəlif şəhər və qəsəbələrində isti yeməklərin paylandığı sahə mətbəxləri yaradılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Reuters yazır.
Nəşrin məlumatına görə, Krımın bir çox şəhər və kəndlərində yay boyu elektrik və yanacaq kəsintiləri yaşanıb.
Krımın Massandra şəhərində aşpazlar elektrik sobası olmayan sakinlər üçün açıq havada böyük qazanlarda isti yeməklər hazırlayırlar.
Massandra administrasiyasının rəhbəri Oksana Madyudun sözlərinə görə, işçilər hər gün təxminən 200 nəfəri yedizdirirlər.
...Biz insanlar üçün isti yeməklər hazırlayırıq, çünki hazırkı şəraitdə hər kəsin elektrik sobalarında isti yemək bişirmək imkanı yoxdur, - deyə o bildirib.
Ukraynanın Rusiya infrastrukturuna zərbələri Rusiyanın Ukrayna şəhərlərinə hücumlarına cavabdır və Rusiyanın müharibə aparmaq qabiliyyətini azaltmaq məqsədi daşıyır. Zərbələr Rusiyanın hərbi-sənaye kompleksini, xüsusən də enerji infrastrukturunu dəstəkləyən obyektləri hədəf alır.
Yerli sakinlər elektrik enerjisinin olmaması səbəbindən öz yeməklərini bişirmək üçün yollar axtarmağa məcbur olduqlarını deyirlər.
Massandra sakini Marina ayaq ağrısının 10-cu mərtəbədəki mənzilindən enməsini çətinləşdirdiyini, lakin elektrik kəsilməsinin onu qaz sobası və qaz balonları axtarmağa məcbur etdiyini söyləyib.
Başqa bir yaşlı sakin Aleksandra bir həftədən çox elektriksiz yaşadıqdan sonra isti yemək üçün gəlmişdi.
O, evindəki elektrikin yalnız qısa müddətə yenidən işə düşdüyünü, lakin evə qayıtdıqdan sonra elektrik enerjisinin saxlanılacağına əmin olmadığını söyləyib.
Əli Babayev