Tovuzda yol-nəqliyyat hadisəsi baş verib, yaralanan var

2 Avqust 2026 17:37 (UTC+04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

“Vaz-2107” markalı avtomobil ehtiyatsızlıqdan qarşıda gedən ZİL markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində “Vaz-2107” avtomobilinin sürücüsü Sübhan Məmmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.