...Əfqanıstan hakimiyyəti Xorasan İslam Dövləti (Rusiyada qadağan olunmuş İŞİD-K –A.B.) terrorçu qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat hazırlayır.
SİA-nın əldə etdiyi məlumata görə, təhlükəsizlik tədbirlərinin artırılması və qoşunların yerləşdirilməsi üçün bəhanə, qruplaşmanın məsuliyyəti öz üzərinə götürdüyü yüksək vəzifəli “Taliban” rəsmisinin sui-qəsdidir.
Qeyd edək ki, “Taliban”ın Bədəxşan əyalətindəki informasiya və mədəniyyət şöbəsinin rəhbəri və Helmand qubernatoru Əmanəddin Mənsurun qardaşı oğlu Zəbihullah Əmiri 28 iyul hücumunda öldürülüb.
O, Bahorak rayonundan əyalətin paytaxtı Fayzabad şəhərinə gedərkən motosikletli iki silahlı şəxs tərəfindən güllələnib.
Cavab olaraq, “Taliban” əyalətə əlavə qüvvələr yerləşdirməyə başlayıb.
Helmand qubernatoru Mənsur və Qari Hərəkatı ordusunun Baş Qərargah rəisi Fasihuddin Fitrat da daxil olmaqla gücləndirici qüvvələr və yüksək rütbəli komandirlər Zebak rayonuna göndərilib.
Vəyalətin bir neçə rayonunda yeni nəzarət məntəqələri yaradılıb, gecə patrulları və təhlükəsizlik tədbirləri gücləndirilib.
Yerli sakinlər kütləvi axtarışlar və saxlanılmalar barədə məlumat verirlər.
Vəziyyət Əfqanıstan Azadlıq Cəbhəsi və yeni Sepah-e Mihan Cəbhəsi kimi digər müxalif qrupların artan fəallığı ilə daha da mürəkkəbləşir.
Onlar da Tacikistan, Pakistan və Çinlə həmsərhəd olan bu strateji əhəmiyyətli bölgədə “Taliban” mövqelərinə hücum edirlər.
Əli Babayev