İsrail Qəzzada HƏMAS-ın silah anbarlarına zərbələr endirib

2 Avqust 2026 03:04 (UTC+04:00)

İsrail ordusu Qəzza zolağına yeni silsilə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb. Zərbələrin hədəfi HƏMAS hərəkatının bölmələri üçün nəzərdə tutulan silahların saxlanıldığı iddia edilən obyektlər olub.

Ümumilikdə beş anbara hücum edilib. Ordudan verilən məlumata görə, orada "Kalaşnikov" avtomatları, partlayıcı qurğular, tank əleyhinə qumbaraatanlar, döyüş sursatları və digər hərbi ləvazimatlar olub.

Mətləb