Ermənistanda partiya sədrinin qardaşı oğlu parlamentdə fraksiya rəhbəri oldu

2 Avqust 2026 02:03 (UTC+04:00)

Ermənistan müxalifəti barədə yeni xəbər var. Belə ki, müxalif "Güclü Ermənistan" blokunun Siyasi Şurasının üzvü və partiya lideri Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan yeni çağırış parlamentdə fraksiyanın rəhbəri seçilib.
Bu barədə partiyanın "Facebook" səhifəsində məlumat yayılıb. Məlumata görə, "Güclü Ermənistan" parlament fraksiyasının rəhbəri vəzifəsinə Narek Karapetyan, fraksiyanın katibi vəzifəsinə isə Tiqran Abramyan seçilib.

Mətləb