Tofiq Musayevdən UFC-də növbəti QƏLƏBƏ

2 Avqust 2026 00:02 (UTC+04:00)

Azərbaycanın MMA idmançısı Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) növbəti qələbəsini qazanıb. Tanınmış idmançı Serbiyanın paytaxtı Belqraddakı turnirdə slovakiyalı Lyudovit Kleynlə üz-üzə gəlib. T. Musayev ikinci raundda rəqibini texniki nokautla məğlub edib.
Xatırladaq ki, T. Musayev daha əvvəl ABŞ-də Çilidən olan İqnasio Bahamondesə qalib gəlib.

Mətləb