Yerişin və zehni qabiliyyətin yavaşlaması...

1 Avqust 2026 20:49 (UTC+04:00)

...Rusiya Səhiyyə Nazirliyinin baş geriatrı və Rusiya Elmlər Akademiyasının müxbir üzvü Olqa Tkaçeva qocalmanın əsas əlamətlərini müəyyən edib.

Onun sözlərinə görə, yaşla bağlı dəyişikliklər əsasən müxtəlif orqan və sistemlərin funksiyasının azalması, eləcə də fiziki və idrak qabiliyyətlərinin pisləşməsi ilə özünü göstərir.

Mütəxəssisin qeyd etdiyi kimi, qocalmanın ən xarakterik əlamətlərinə yeriş sürətinin yavaşlaması, idrak və hiss pozğunluqları, görmə və eşitmənin pisləşməsi daxildir.

SİA xatırladır ki, Olga Tkaçeva əvvəllər RİA Novosti-yə verdiyi açıqlamada Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına görə, gənclik 45 yaşa qədər davam etdiyini bildirmişdi.

O, həmçinin qeyd etmişdi ki, pnevmokok infeksiyası və qripə qarşı peyvəndlər yoluxucu xəstəliklər riskini azaltmağa kömək edir və ömür uzunluğuna müsbət təsir göstərə bilər. Daha əvvəl Seçenov Universitetinin Xəstəxana Cərrahiyyəsi Klinikasının direktoru, tibb elmləri doktoru Yevgeni Tarabrin risk faktorları, müasir müalicə metodları və ağciyər xərçənginin müalicəsində tibbi irəliləyişlər barədə müzakirə aparmışdı.

Rusiyanın əczaçılıq şirkəti Biocad da bədxassəli hüceyrələri selektiv şəkildə hədəfə ala bilən rekombinant enteroviruslar istehsal etmək üçün bir texnologiya hazırladığını elan etmişdi.

Nazlı Almuradova