Donald Trampın uşaqlıq evi necə görünür...

1 Avqust 2026 21:07 (UTC+04:00)

...ABŞ prezidenti Donald Trampın ömrünün ilk illərini keçirdiyi ev yeni sahib tapıb.

Əsaslı təmirdən sonra Nyu-Yorkun Kvins şəhərindəki tarixi malikanə satışa çıxarılma mərhələsindədir.

SİA-nın əldə etdiyi məlumata görə, Tüdor üslubunda bina 1940-cı ildə Donald Trampın atası, inşaatçı Fred Tramp tərəfindən inşa edilib.

Ailə nüfuzlu Yamayka Estates məhəlləsində məskunlaşıb və 1950-ci ilə qədər orada yaşayıb.

Gələcək prezident ömrünün ilk dörd ilini burada keçirib, bundan sonra Tramplar yaxınlıqdakı daha geniş bir malikanəyə köçüblər.

Malikənin hazırkı sahibi, inşaatçı Tommi Lin, əmlakı 2025-ci ilin mart ayında 835.000 dollara alıb. PropertyShark-a görə, o vaxta qədər ev çox bərbad vəziyyətdə idi: dam sızırdı, həyət bitmişdi və içəridə bir dəstə vəhşi pişik məskunlaşmışdı.

Buna baxmayaraq, Lin tarixi əmlakı bərpa etmək qərarına gəlib. O, əvvəllər Mansion Global-a verdiyi açıqlamada bildirib ki, “...bu layihəni öz üzərimə götürməyimin yeganə səbəbi Trampın uşaqlıq evi olması idi”.

Tikinti şirkəti 288 kvadratmetrlik, beş yataq otaqlı evin tam təmirinə səkkiz ay və təxminən 500.000 dollar xərcləyib.

Bu müddət ərzində bütün zədələr aradan qaldırılıb və interyer tamamilə təmir edilib və müasir bir atmosfer yaradıb.

Tikinti başa çatdıqdan sonra malikanə ilk dəfə ötən ilin noyabr ayında 2,3 milyon dollara satışa çıxarılıb.

Əmlak sonradan bir neçə dəfə hərracdan çıxarılıb, lakin daha aşağı qiymətə bazara qaytarılıb. Ev sonuncu dəfə təxminən 2 milyon dollara təklif olunub.

...Bu ev tarixi dəyəri, unikal xarakteri, Yamayka Estates məhəlləsində yerləşməsi və yüksək keyfiyyətli təmiri sayəsində böyük maraq doğurub, - deyə daşınmaz əmlak agenti Co Çju qeyd edib.

Onun sözlərinə görə, alıcını Amerikanın ən məşhur siyasətçilərindən birinin ilk illəri ilə əlaqəli bir evə sahib olmaq üçün nadir fürsət cəlb edib.

Əməliyyat hələ yekunlaşmadığı üçün yeni sahibinin adı və son satış qiyməti hələ açıqlanmır.

Nazlı Almuradova