2027-ci il Met Qalasında Con Qalliano şərəfinə mərasim keçiriləcək...

1 Avqust 2026 21:26 (UTC+04:00)

...Geyim qaydaları, çox güman ki, modelyerə həsr olunacaq. Metropoliten İncəsənət Muzeyi 2027-ci ilin yaz sərgisinin mövzusunu açıqlayıb.

Bu ilki Kostyum İnstitutunun sərgisi britaniyalı dizayner Con Qallianoya həsr olunacaq. Onun əsərləri, çox güman ki, 2027-ci il Met Qalası üçün əsas ilham mənbəyi olacaq.

SİA xəbər verir ki, Vogue-a görə, sərgi "Con Qalliano: Üfüqlər" adlanır və yazda açılacaq.

Bu sərgidə dizaynerin təxminən qırx illik karyerasından ən məşhur şəkillər, eskizlər və arxiv materialları - 1984-cü ildə təqdim etdiyi "Les Incroyables" məzuniyyət kolleksiyasından tutmuş Givenchy, Dior və Maison Margiela-dakı işlərinə qədər - nümayiş olunacaq.

Sərginin ayrıca bir bölməsi Qallianonun həyatındakı çətin bir dövrə - antisemit çıxışları səbəbindən Dior-dan ayrılmasına səbəb olan 2011-ci il qalmaqalına, eləcə də yüksək modaya qayıtmasına həsr olunacaq.

Yeri gəlmişkən, Con Qalliano, sağlığında Metropoliten İncəsənət Muzeyinin Kostyum İnstitutu tərəfindən fərdi monoqrafik sərgiyə həsr olunmuş üçüncü dizayner olacaq. Əvvəllər bu şərəfə yalnız İv Sen-Loran və Rey Kavakubo layiq görülmüşdü.

Eyni zamanda, təşkilatçılar hələlik 2027-ci il Met Qalasının rəsmi mövzusunu və geyim kodunu açıqlamır.

Lakin, Kostyum İnstitutunun yaz sərgisi ənənəvi olaraq xeyriyyə balının konsepsiyasını müəyyən edir.

Nazlı Almuradova