Azərbaycan dağıdıcı zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

1 Avqust 2026 00:12 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib. SİA xəbər verir ki, bu barədə XİN hesabında paylaşım edib.

"Yaponiya hökumətinə və xalqına, xüsusən də yaxınlarını itirmiş ailələrə səmimi başsağlığımızı çatdırırıq. Bütün yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş icmaların bu faciənin nəticələrini mümkün qədər tez dəf edəcəyinə ümid edirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, iyulun 28-də Yaponiyanın cənubunda, Kyuşu adasındakı Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və elektrik enerjisi təchizatında fasilələrə səbəb olub, hakimiyyət orqanları sunami xəbərdarlığı elan edib, lakin bu xəbərdarlıq sonradan ləğv olunub. Son məlumatlara görə, zəlzələ nəticəsində 34 nəfər həlak olub.

Mətləb Salahov