Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən "Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə" mövzusunda ikigünlük təlim proqramı yekunlaşıb. Bu barədə SİA-ya MEDİA-dan məlumat verilib.
Qeyd olunub ki, ikigünlük təlim çərçivəsində rəqəmsal media mühitində ədəbi dil normalarının qorunması, müasir yazı texnikası və praktik redaktənin əsas prinsipləri, sosial şəbəkə alqoritmlərinin və süni intellekt əsaslı məzmunun ədəbi dilə təsiri, medianın bu sahədə öhdəlikləri kimi aktual mövzular müzakirə edilib.
Bildirilib ki, rəqəmsal transformasiya şəraitində ədəbi dil normalarına riayət olunması, peşəkar yazı və redaktə bacarıqlarının təkmilləşdirilməsi media məzmununun keyfiyyətinin yüksəldilməsi və milli dil dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Əlavə edilib ki, iyulun 30-31-də keçirilən təlim çərçivəsində media nümayəndələri üçün "Müasir dövrdə ədəbi dilin praktik işlənmə səviyyəsi: rəqəmsal təhdidlər və imkanlar", "Süni intellekt əsaslı məzmun və sosial şəbəkə alqoritimlərinin ədəbi dilə təsiri", "Ədəbi dilin qorunmasında medianın öhdəlikləri" mövzuları üzrə sessiyalar, eləcə də nəzəri biliklərin möhkəmləndirilməsinə həsr olunan vörkşop təşkil olunub.
Mətləb