“Real” braziliyalı hücumçusu Vinisius Juniorun gələcəyi ilə bağlı mövqeyini dəqiqləşdirib. “Marca” nəşrinin yazdığına görə, Madrid klubu futbolçuya yeni müqavilə ilə bağlı son təklifini təqdim edib. Rəhbərlik Vinisiusa bildirib ki, bu, yekun təklifdir və maliyyə şərtləri dəyişdirilməyəcək. Tərəflər razılığa gələ bilməsə, “Real” futbolçunun transfer variantlarını nəzərdən keçirəcək.
Xəbərdə qeyd olunur ki, İngiltərə təmsilçisi “Arsenal” vəziyyəti yaxından izləyir. London klubu Vinisiusun “Real”la müqaviləni uzatmaması halında onun transferi üçün hərəkətə keçə bilər.
Mətləb