Ece Erkendən "qadağan olunmuş eşq" iddialarına cavab olaraq hüquqi addım atacaq

31 İyul 2026 16:18 (UTC+04:00)

Türkiyəli aparıcı Ece Erken haqqında evli və əkiz övlad atası olduğu iddia edilən bir iş adamı ilə münasibət yaşadığı barədə xəbərlər yayılıb. İddiaların sosial mediada geniş müzakirələrə səbəb olmasından sonra Erken məsələ ilə bağlı açıqlama verərək deyilənləri qətiyyətlə təkzib edib və hüquqi tədbirlər görəcəyini bildirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, jurnalist Başak Çokan Ece Erkenin sözügedən iş adamı ilə birlikdə istirahət etdiyini iddia edib. Bu iddialardan sonra diqqətlər aparıcının verəcəyi açıqlamaya yönəlib.

Ece Erken sosial media hesabında paylaşdığı açıqlamada bunları deyib:

"Mənim adımdan danışan, yalan xəbər yayan və mənə böhtan atan hər kəs bundan sonra vəkilim qarşısında cavab verəcək."

Aparıcı bildirib ki, haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir və bu məsələ ilə hüquqi mübarizə aparacaq.

Şəxsi həyatı ilə bağlı iddialara da münasibət bildirən Erken, qeyd edib:

"11 yaşlı övladım var. Belə bir səhvə yol verməyim mümkün deyil."

Ece Erken, həmçinin bəzi xəbərlərdə heç vaxt evlənməmiş bir şəxsin "evli" kimi təqdim edilməsinin jurnalistika prinsiplərinə zidd olduğunu vurğulayıb.

Sonda o, haqqında yalan, böhtan və təhqir xarakterli ifadələr işlədən hər kəsin məhkəmə qarşısında cavab verəcəyini bildirərək əlavə edib:

"Mənim səviyyəm polemika deyil, hüquqdur."