Qanunsuz uçuşların ümumi sayından Moldova ərazisində 28 halda dron və raket qalıqları aşkar edilib. Rusiyanın Ukraynaya tammiqyaslı işğalının təxminən dörd il yarımı ərzində 60 Rusiya və İran raketi və dronu, o cümlədən tələ kimi istifadə edilən dronlar, Moldova ərazisi üzərində qanunsuz uçuşlar həyata keçirib. Bu barədə Moldova Müdafiə Nazirliyi Teleradio-Moldova agentliyinə məlumat verib.
Milli Ordu Hava Əməliyyatları Mərkəzinin məlumatına görə, 2022-2026-cı illər arasında 60 belə hadisə qeydə alınıb və izlənilib. 2022-ci ildə beş, 2023-cü ildə dörd, 2024-cü ildə 15, 2025-ci ildə 21 və 2026-cı ildə 10 belə hadisə qeydə alınıb. 2026-cı ildə (28 iyul tarixinə olan məlumata görə) 15 belə hadisə qeydə alınıb.
Qeyd olunur ki, Rusiya dronları ölkənin demək olar ki, bütün bölgələri üzərində uçub. Ən çox say Ukrayna ilə sərhədə yaxın ərazilərdə qeydə alınıb. Qanunsuz uçuşların ümumi sayından 28 halda Moldova ərazisində dron və raket qalıqları aşkar edilib. Ən azı 12 hadisə dronlar və ya onların partlayıcı maddələrdən ibarət qalıqları ilə bağlı olub.
Xatırladaq ki, 30 iyul gecəsi Rusiyanın X-101 kruiz raketi Polşa sərhədini keçərək NATO-nun hava məkanını pozub.