"Levante"nin hücumçusu Karlos Espi "Real"la müqavilə imzalayıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilə "qaymaqlı" komandanın rəsmi saytında açıqlanıb.
Qeyd olunur ki, ispan hücumçu yeni klubu ilə 30 iyun 2031-ci ilə qədər müqavilə imzalayıb.
Medianın məlumatına görə, transfer məbləği 25 milyon avro olub. Məlum olduğu kimi, Espi ötən mövsüm La Liqanın 23 yaşadək futbolçular arasında ilin ən yaxşı gənc oyunçusu seçilib. Hücumçu ötən mövsüm Levante forması ilə bütün turnirlərdə 27 oyun keçirib və 13 qol vurub.
Xatırladaq ki, daha əvvəl "Real Madrid"in İspaniya millisinin yarımmüdafiəçisi üçün danışıqlara başladığı bildirilmişdi .