Yadıma gəlir, uşaq vaxtı yol qəzasında, xəstəlikdə erkən rəhmətə gedən cavanlar üçün deyirdilər ki, “əcəl aparan dağ boyda igidlər”. Bu gün, 2026-cı ilin bu vaxtı isə artıq tam başqa deyim var: internetin, telefon manyaklığının qurbanı olan, xüsusilə yiyəsiz xarabaxanaya çevrilmiş tik-tokun igid oğlandan əziliz-büzülən üzdənirağa, ar-namuslu məsum qız uşağından ləçər fahşəyə çevrildiyi bədbəxt nəsil...
Adını sadaladığım bu axırıncı texnologiyalar necə oğulları, necə ismətli qızları aldı əlimizdən. Cinsi azlıqların, ləçər fahişələrin reklamına dönmüş tik-tok yüz erməni işğalından qat-qat ağır zərbələr vurdu xalqımızın genefonuna. Günü bu gün də göbələk kimi artan əzilib-büzülən gədələr, özünü “tik toker” adlandırıb canlı yayımda min hoqqadan ləçərlər bugünkü gənclərimizi göz görə-görə fəlakətə sürükləyirlər.
Hər yenilyi kor-koranə, bilib-bilmədən həmin dəqiqə ciyərlərimizə çəkmək xəstəliyimiz min bəla açır başımıza. Dünyada ilk nə icad olunursa, ilk bizim qapımızda peyda olur. Zayı çıxan Çin avtomobillərindən tutmuş insan sağlamlığına ölümcül ziyan olan mobil telefonlara, yöndəmsiz geyimlərə, qan qiymətinə olan bahalı çantalara qədər. Amma bir erməni ilə bir gürcü bu işdə bizimki kimi deyillər. Onların qapısında zay Çin avtomobilləri əvəzinə illərin alman markaları dayanır. Çünki bu qonşularımız keçici zövqə deyil, dayanıqlı keyfiyyətə önəm verirlər bizdən fərqli olaraq...
Gələk sosial şəbəkə dərəbəyliyinə. Artıq iş o yerə çatıb ki, sosial şəbəkə manyaklığı gənclərimizi psixoz qatilə də çevirib. İşimiz həqiqətən çətindir. Son bir ildə məktəblərdə şagirdlərin öz sinif yoldaşlarını və müəllimləri hədəf alan cinayətkar hərəkətləri cəmiyyətdə şok effekti yaradıb. Lakin bu cür qatil düşüncəli uşaqları kim yetişdirir? – nəzarətsiz internet, sosial şəbəkələr! Bəli, bu mövzu demək olar ki, bu gün cəmiyyətin bir nömrəli əsas problemidir. İnternet resurslarının, xüsusilə sosial şəbəkələrin nəzarətsiz poliqon kimi cəmiyyəti başına götürdüyü bir zamanda uşaq və yeniyetmələrin zərərli informasiyalardan qorunması vacibdən vacib məsələdir. Nəzərə alsaq ki, əksər valideynlər də bu məsələyə lazımı şəkildə diqqət göstərmirlər, o zaman gələcəyimizlə bağlı vahimə daha da böyüyür. Çünki tik-tok və digər sosial şəbəkə seqmentlərində cinsi azlıqların, əxlaq pozğunu olan bir sıra “müğənnilərin” reklamı, habelə uşaqların psixologiyasına dəhşət zərbə vuran qorxulu oyunların nümayişi ölkə olaraq bizi dəhşətli fəlakətə sürükləyir.
Dağdakı çobana da məlumdur ki, nəzarətsiz internet məkanında ilk hədəf uşaq və yeniyetmələr seçilir. Bu iyrənc və təhlükəli siyasət uşaqların psixologiyasına, gələcəkdə şəxsiyyət kimi şikəst formalaşmasına zəmin yaradır. Əlbəttə, uşaqları internetdəki zərərli informasiyalardan qorumaq, ilk növbədə, valideynlərin məsuliyyətidir: Lakin min dəfə təəssüflər olsun ki, bir sıra valideynlər uşaqlarını əyləndirmək, sakitləşdirmək, ya da özlərinə vaxt ayırmaq üçün körpələri internetin ağuşuna atırlar. Uşaqların yaşına uyğun olmayan təhlükəli informasiya və reklamlarla tanışlıq onların hərəkət və fizioloji durumuna da mənfi təsir edir. Artıq iş o yerə çatıb ki, uşaqların internet aludəçiliyi psixoloji tramva halına çevrilib. Artıq bir neçə ildir ki, uşaq və yeniyetmələrin manyak şəkildə qatilə, zərərli manyaka çevrilməsi sürətli hal alıb. Düzdür, ölkəmizdə internetə giriş üçün yaş məhdudiyyətinin qoyulması barədə mühüm qanunvericilik təklifi hazırlanır. Bu, çox vacib və zəruri məsələdir. Çünki dövlət və cəmiyyət olaraq bu təhlükəyə qarşı birgə tədbirlər görməsək, uzağı dörd-beş il ərzində bizi çox təhlükəli situasiya gözləyir. Çünki bu gün tik-tokda itirdiyimiz gələcək nəsil gələcək Azərbaycan deməkdir, unutmayaq!
Mətləb Salahov