"Neftçi" də Konfrans Liqasında mübarizəni dayandırdı-YENİLƏNİB

30 İyul 2026 23:01 (UTC+04:00)

Bu gün Azərbaycan təmsilçisi "Neftçi" UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb. SİA xəbər verir ki, Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstanda qarşılaşıb. Bolqarıstanın Staro-Zaqora şəhərindəki “Beroe” stadionunda oynanılan görüşdə "Neftçi" 1:0 hesabı ilə qalib gəlib.

Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatdığından mərhələni Minsk klubu adlayıb. "Neftçi" isə mübarizəni dayandırıb. Xatırladaq ki, daha bir Azərbaycan təmsilçisi "Zirə" də bu gün Konfrans Liqasında mübarizəni dayandırıb.

Mətləb