Bu gün Bakının üç ərazisində qaz olmayacaq- XƏBƏRDARLIQ

31 İyul 2026 05:04 (UTC+04:00)

İyulun 31-də Bakının Lökbatan, Qobu qəsəbələrində, həmçinin Nizami rayonunun bir sıra küçələrində qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə SİA-ya Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, təmir-quraşdırma işlərinin aparılması səbəbindən sabah saat 10:00-dan etibarən işlər başa çatanadək Lökbatan qəsəbəsinə bütünlüklə, Qobu qəsəbəsinin müəyyən hissəsinə, eləcə də Nizami rayonunun R.Rüstəmov, E.Süleymanov, Q.Qarayev və C.Naxçıvanski küçələrinə verilən qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mətləb