Ağcabədidə 1 nəfər suvarma kanalında batıb, axtarışları aparılır

30 İyul 2026 18:21 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Avşar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Hazırda vətəndaş - 1980-ci il təvəllüdlü Adil Əsəd oğlu Əsədovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.